XİN başçısı: “Gürcüstan Azərbaycan və Ermənistan arasında etimadın dərinləşməsində iştirak etmək istəyir”

XİN başçısı: “Gürcüstan Azərbaycan və Ermənistan arasında etimadın dərinləşməsində iştirak etmək istəyir” “Gürcüstanın hökumət rəsmilərinin Türkiyəyə səfərinin leytmotivlərindən biri regional təhlükəsizlik və yeni geosiyasi vəziyyət olub”.
Region
6 İyun , 2021 10:11
XİN başçısı: “Gürcüstan Azərbaycan və Ermənistan arasında etimadın dərinləşməsində iştirak etmək istəyir”
David Zalkaliani

“Gürcüstanın hökumət rəsmilərinin Türkiyəyə səfərinin leytmotivlərindən biri regional təhlükəsizlik və yeni geosiyasi vəziyyət olub”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani “İmedi” telekanalına müsahibəsində deyib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu səfəri yüksək qiymətləndirdiyini xatırladıb: “Türkiyənin dövlət başçısı dedi ki, Gürcüstan regional əməkdaşlıq üçün açardır. Bu, ölkəmizin yeni geosiyasi mühitdəki yerinin olduqca dəqiq qiymətləndirilməsidir”.

XİN başçısı Gürcüstanın Türkiyə və Azərbaycanla regional neft-qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi çox mühüm geosiyasi layihələrdə iştirak etdiyini qeyd edib.

D.Zalkalianinin sözlərinə görə, Türkiyəyə səfər çərçivəsində Gürcüstanın Ermənistan və Azərbaycan arasında etimadın dərinləşməsi kontekstində oynaya biləcəyi rola da toxunulub: “Biz açıq şəkildə bildirdik ki, Gürcüstanı Cənubi Qafqazdakı qonşularımız və tərəfdaşlarımız üçün platforma olaraq təklif edə bilərik”.

Nazir vurğulayıb ki, Gürcüstanın bölgədə yerinə yetirdiyi sabitləşdirici funksiyasının gücləndirilməsi olduqca vacibdir: “Gürcüstanın cəlbedilciliyi və regiondakı funksiyasını artırmaq üçün iqtisadi və geosiyasi layihələri fəal təşviq etməliyik”.

Son xəbərlər

Orphus sistemi