Xəzəryanı ölkələrin XİN başçılarının görüşü yayda keçiriləcək

Xəzəryanı ölkələrin XİN başçılarının görüşü yayda keçiriləcək Sergey Lavrov: "Xəzərin statusunun həlli məsələsində iki-üç problemli məqam qalır"
Region
7 Aprel , 2016 15:10
Xəzəryanı ölkələrin XİN başçılarının görüşü yayda keçiriləcək

Bakı. 7 aprel. REPORT.AZ/ Xəzəryanı ölkələrin XİN başçılarının görüşü yayda keçiriləcək. "Report" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində məlumat verib.

"Yayda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. O görüşdə biz artıq sammitin hansı müddətə çağırılması və Konvensiyanın hansı müddətə bağlanmasıyla bağlı real vəziyyəti görəcəyik. Hədəf bu sənəd üzrə bütün problemli məsələlərə nöqtə qoyulandan sonra sammitin təşkil edilməsidir", - deyə S.Lavrov bildirib.

Onun sözlərinə görə, Xəzər dənizinin statusunun həlli məsələsində iki-üç problemli məqam qalır. Nazir vurğulayıb ki, Astanada keçiriləcək növbəti sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə çoxillik iş tamamlanmalıdır.

Son xəbərlər

Orphus sistemi