Xəzəryanı ölkələrin nümayəndələri nəqliyyat sahəsində əməkdaşlığı müzakirə ediblər

Xəzəryanı ölkələrin nümayəndələri nəqliyyat sahəsində əməkdaşlığı müzakirə ediblər Bakı. 24 aprel. REPORT.AZ/ Türkmənistanın paytaxtı Aşqabad şəhərində Xəzəryanı ölkələrin səlahiyyətli nümayəndələrinin növbəti iclası keçirilib. İclasda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın sahə nazirliklərinin və qurumlarının rəhbərləri və mütəxəssisləri iştirak ediblər.
Region
24 Aprel , 2018 11:42
Xəzəryanı ölkələrin nümayəndələri nəqliyyat sahəsində əməkdaşlığı müzakirə ediblər

Bakı. 24 aprel. REPORT.AZ/ Türkmənistanın paytaxtı Aşqabad şəhərində Xəzəryanı ölkələrin səlahiyyətli nümayəndələrinin növbəti iclası keçirilib. İclasda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın sahə nazirliklərinin və qurumlarının rəhbərləri və mütəxəssisləri iştirak ediblər.

"Report" xəbər verir ki, bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

İclas iştirakçıları multimodal daşımaların regional koordinasiya ilə bağlı geniş spektrli məsələləri - onların qarşılıqlı tamamlaması və yüksək rəqabətqabiliyyətliliyi, müxtəlif nəqliyyat növləri arasında qarşılıqlı texnoloji sxemlərin işlənib hazırlanması üzrə məsələləri, eləcə də gömrük qanunvericiliyinin, tarif siyasətinin sinxronizasiyasını, tranzit malların rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsini və bir sıra digər məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi