Xəzərin sualtı mədəni irsinin mühafizəsinə dair tədbir keçiriləcək

Xəzərin sualtı mədəni irsinin mühafizəsinə dair tədbir keçiriləcək Bu il mayın 21-23-də Qazaxıstanın Almatı şəhərində UNESCO-nun himayəsi altında Xəzər regionunun sualtı mədəni irsinin mühafizəsinə dair 1-ci Regional İşçi görüşü keçiriləcək.
Region
2 May , 2019 13:36
Xəzərin sualtı mədəni irsinin mühafizəsinə dair tədbir keçiriləcək

Bu il mayın 21-23-də Qazaxıstanın Almatı şəhərində UNESCO-nun himayəsi altında Xəzər regionunun sualtı mədəni irsinin mühafizəsinə dair 1-ci Regional İşçi görüşü keçiriləcək.

“Report” UNESCO-nun saytına istinadən xəbər verir ki, sualtı mədəni irsinin talançılıqdan mühafizəsinə dair 2001-ci il Paris Konvensiyası çərçivəsində UNESCO Almatı ofisi tərəfindən təşkil olunan tədbirdə Xəzər regionu ölkələri həm öz ərazilərində, həm də bütövlüklə regionda sualtı mədəni irsin mühafizəsinə və potensialına, perspektiv imkan və vasitələrinə dair müzakirələr aparacaq.

Görüşdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan olan milli sualtı arxeologiya ekspertləri və mədəni miras mütəxəssisləri, rəsmi şəxslər, beynəlxalq ekspertlər, UNESCO nümayəndələri iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi