Rusiya hərbçiləri Xerson vilayətinin işğal olunmuş ərazisindən Dnepropetrovska təxliyə olunmağa çalışan insanların olduğu qayığı atəşə tutub
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğundan bildirilib.
Hadisə nəticəsində 1-i uşaq olmaqla, 4 nəfər ölüb, həmçinin 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həmin vaxt qayıqda olan daha 2 nəfərin taleyi isə hələ ki məlum deyil.