ABŞ-da daha bir Gürcüstan vətəndaşı koronavirusdan ölüb.
“Report”un yerli bürosu xəbər verir ki, Nyu-Yorkda yaşayan həmin şəxsin 80 yaşı olub.
Xəstəxanada müalicə olunan pasiyent diabet xəstəliyindən əziyyət çəkirmiş.
Bununla da xarici ölkələrdə COVID-19-dan dünyasını dəyişən Gürcüstan vətəndaşlarının sayı 8-ə çatıb. Ölüm hallarının 4-ü İspaniya, 2-si ABŞ, 1-i isə Böyük Britaniyada qeydə alınıb.
Latviyada yaşayan 52 yaşlı Gürcüstan vətəndaşı da virusdan vəfat edib. Onun ürək xəstəliyi olub.