Xarici ölkələrdə 45 Gürcüstan vətəndaşı koronavirusa yoluxub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, həmin şəxslərin 13-ü dünyasını dəyişib.
XİN başçısı qeyd edib ki, koronavirus pandemiyası dövründə Gürcüstan 10 mindən çox vətəndaşının vətənə təxliyəsini təmin edib.