​Xameneinin müşaviri: "Rusiya ilə əməkdaşlığı Yəməndə də davam etdirəcəyik"

​Xameneinin müşaviri: "Rusiya ilə əməkdaşlığı Yəməndə də davam etdirəcəyik" Müşavir Suriyada Bəşşar Əsəd rejiminin devirilməməsi üçün Rusiyanın bombardmanlarını dəstəklədiklərini söyləyib
Region
22 Fevral , 2016 10:05
​Xameneinin müşaviri: Rusiya ilə əməkdaşlığı Yəməndə də davam etdirəcəyik

Bakı. 22 fevral. REPORT.AZ/ "İranla Rusiya arasında əvvəlkindən də yaxın əməkdaşlıq var. Bu əməkdaşlığı Suriya ilə məhdudlaşdırmayıb, İraq, Livan və Yəməndə də davam etdirəcəyik".

"Report" "al-Arabia"ya istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin baş müşaviri Ələkbər Vilayəti bildirib.

O, Moskva və Tehran əməkdaşlıqlarını davam etdirməklə yanaşı, Rusiyanın dəstəyi ilə Yəmənə müdaxilə edəcəklərini də dolayı yolla nəzərə çatdırıb.

Müşavir Suriyada Bəşşar Əsəd rejiminin devirilməməsi üçün Rusiyanın bombardmanlarını dəstəklədiklərini söyləyib. 

Son xəbərlər

Orphus sistemi