Xamenei keçmiş müdafiə nazirini özünə müşavir təyin edib

Xamenei keçmiş müdafiə nazirini özünə müşavir təyin edib Yeni nazir bundan əvvəl Hüseyn Dehqaninin müavini vəzifəsində işləyib
Region
21 avqust 2017 07:28
Xamenei keçmiş müdafiə nazirini özünə müşavir təyin edib

Bakı. 21 avqust. REPORT.AZ/ İranın ali rəhbəri Seyid Əli Xamenei keçmiş müdafiə naziri general Hüseyn Dehqanini özünə hərbi sənaye məsələləri üzrə müşavir təyin edib.

“Report” xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Xatırladaq ki, Hüseyn Dehqani 11-ci hökumətdə müdafiə naziri olub. Avqustun 20-də 12 hökumətin üzvlərinə səsvermə başa çatıb. Səsvermənin nəticələrin əsasən, Əmir Hatəmi yeni müdafiə naziri olub. O, bundan əvvəl Hüseyn Dehqaninin müavini vəzifəsində işləyib. 

Son xəbərlər

Orphus sistemi