​"Wizz Air" Gürcüstanda yeni baza açacaq

​"Wizz Air" Gürcüstanda yeni baza açacaq Razılaşmanın detallarının yaxın zamanda açıqlanacağı vəd edilib
Region
9 Fevral , 2016 17:58
​Wizz Air Gürcüstanda yeni baza açacaq

Bakı. 9 fevral. REPORT.AZ/ Mərkəzi və Şərqi Avropanın sərfəli qiymətə ("low cost”) aviadaşıyıcısı, məşhur "Wizz Air" bu il Gürcüstanda yeni baza açacaq.

"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

Məlumata görə, Kutaisi hava limanı ilə "Wizz Air" arasında ötən həftə razılıq əldə edildiyi ehtimal olunur.

Razılaşmanın detallarının yaxın zamanda açıqlanacağı gözlənilir.

Xatırladaq ki, ötən ilin oktyabrında Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası ilə "WizzAir" lou-kost aviaşirkəti (Macarıstan-Polşa) arasında Budapeşt-Bakı-Budapeşt marşrutu ilə müntəzəm aviareyslərin yerinə yetirilməsinə dair razılıq əldə olunub. "WizzAir" 2016-cı il martın 27-dən fəaliyyətə başlayacaq. Uçuşlar həftədə 2 dəfə (III və VI günlər Budapeştdən Bakıya, IV və VII günlər isə əks istiqamətdə) yerinə yetiriləcək. Bakı-Budapeşt istiqamətində aviabiletin qiyməti 39,99 avro olacaq.

Son xəbərlər

Orphus sistemi