“Əminəm ki, müharibədən qalib dövlət kimi çıxacağıq”.
“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Vilnüsdə NATO Baş katibi Yens Stoltenberqlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O söyləyib ki, rəsmi Kiyev dünya ölkələrinin dəstəyini hiss edir: “Bu dəstək bizim üçün vacibdir. Bizə dəstək olanlara təşəkkür edirəm”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.