Vladimir Qonçarov: "Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı gücləndirməyə davam edəcək"

Vladimir Qonçarov: "Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı gücləndirməyə davam edəcək" Yerevanda ilk "ArmHiTec-2016" silah və müdafiə texnologiyaları beynəlxalq sərgisi açılıb
Region
13 Oktyabr , 2016 12:10
Vladimir Qonçarov: Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı gücləndirməyə davam edəcək

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı gücləndirməyə davam edəcək".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın "Rostex" və "Rosoboroneksport" dövlət müəssisələrinin birgə nümayəndə heyətinin rəhbəri Vladimir Qonçarov "ArmHiTec-2016" sərgisində jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Yerevanda ilk "ArmHiTec-2016" silah və müdafiə texnologiyaları beynəlxalq sərgisi açılıb. Sərgi oktyabrın 15-dək davam edəcək.

Sərgidə Rusiya 16 şirkət ilə təmsil olunub. Onlar potensial müştərilərə müasir zirehli, raket-artilleriya silahları və texnikaları, "Uran" ailəsindən olan robototexniki komplekslər, hərbi aviasiya, atıcı silahlar və sursatlar nümayiş etdirəcəklər.

Son xəbərlər

Orphus sistemi