Vladimir Putini Soçiyə səfərdə müşahidə edən heyətin təyyarəsi hava limanında qalıb

Vladimir Putini Soçiyə səfərdə müşahidə edən heyətin təyyarəsi hava limanında qalıb Bakı. 13 noyabr. REPORT.AZ/ Rusiya Prezident Administrasiyasının nümayəndə heyətinin Moskva şəhərindəki Vnukovo hava limanında prezident Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı danışıqlara yollanmalı olduğu Tu-204 təyyarəsi sıradan çıxıb.
Region
13 noyabr 2017 12:22
Vladimir Putini Soçiyə səfərdə müşahidə edən heyətin təyyarəsi hava limanında qalıb
РИА Новости/Евгений Биятов

Bakı. 13 noyabr. REPORT.AZ/ Rusiya Prezident Administrasiyasının nümayəndə heyətinin Moskva şəhərindəki "Vnukovo" hava limanında prezident Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı danışıqlara yollanmalı olduğu "Tu-204" təyyarəsi sıradan çıxıb.

"Report" "Life" portalına istinadən xəbər verir ki, təyyarədə texniki nasazlıq aşkar edilib.

Vəziyyəti şərh edən Rusiya Prezidenti İşlər İdarəsinin sözçüsü Yelena Krılova qeyd edib ki, bu cür hallarda təhlükəsizlik məsələsi başlıca rol oynayır.

"Hər təyyarə uçuşdan əvvəl diqqətlə yoxlanılır. İndi Kreml nümayəndələrini operativ şəkildə yeni təyyarə ilə təmin edəcəyik", - o deyib.

"Rusiya" xüsusi uçuş bölməsi operativ şəkildə təyyarəni əvəzləyib.

Son xəbərlər

Orphus sistemi