Bakı. 18 dekabr. REPORT.AZ/ "Rusiyanın yaxın onilliklər ərzində təhlükəsizliyini təmin edən modern silahlar hədə-qorxu tonunda danışmağa öyrəşənləri düşündürəcək".
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya
“Bu il martın 1-də Federal Şuraya müraciətimdə qeyd etdiyim dünyada misli olmayan modern silahların yaradılması ilə bağlı mühüm addımlar atılıb. Ümidvaram, yeni sistemlərimiz hədə-qorxu tonunda danışmağa öyrəşənləri düşündürər”, - Rusiya Prezidenti vurğulayıb.
“Avanqard” raket sistemlərinin müntəzəm istehsalına başladıqlarını, “Kinjal” səsüstü təyyarələrin uğurlu keşik uçuşlarını, “Peresvet” lazer sistemlərinin tətbiqi sınaqlarını qeyd edən V.Putin bu kimi silahların ordu və donanmanın imkanlarını qat-qat artırdığını, yaxın on illər ərzində Rusiyanın təhlükəsizliyini etibarlı şəkildə təmin etdiyini vurğulayıb. O, yeni silahları sayəsində dünyada qüvvələr balansının və sabitliyin artmasını da diqqətə çatdırıb.