Vladimir Putin son günlər 8 qubernator, respublika və diyar başçısını istefaya göndərib

Vladimir Putin son günlər 8 qubernator, respublika və diyar başçısını istefaya göndərib Rusiya prezidenti Omsk vilayətinin qubernatru Viktor Nazarovun istefa ərizəsini qəbul edib
Region
9 Oktyabr , 2017 16:56
Vladimir Putin son günlər 8 qubernator, respublika və diyar başçısını istefaya göndərib
Rusiya prezidenti Vladimir Putin / AFP 2017/ DON EMMERT

Bakı. 9 oktyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin son 15 gün ərzində 8-ci qubernatoru istefaya göndərib.

“Report” BBC-yə istinadən xəbər verir ki, dövlət başçısı oktyarbın 9-da Omsk vilayətinin qubernatru Viktor Nazarovun istefa ərizəsini qəbul edib.

Kreml onun öz ərizəsi ilə könüllü şəkildə istefa verdiyi barədə məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 25-dən indiydək Dağıstan Respublikası, Samara, Novosibirsk, Orlov, Smolensk vilayətləri, Primorsk və Krasnoyarsk diyarlarının başçıları istefaya göndəriliblər. 

Son xəbərlər

Orphus sistemi