Vladimir Putin: “Rusiyada sosial şəbəkələr bağlanmayacaq"

Vladimir Putin: “Rusiyada sosial şəbəkələr bağlanmayacaq" "Qadağan etmək asan, həll yolunu tapmaq mürəkkəbdir”
Region
7 İyun , 2018 17:07
Vladimir Putin: “Rusiyada sosial şəbəkələr bağlanmayacaq
0 : 00
0 : 00

Bakı. 7 iyun. REPORT.AZ/ “Rusiyada heç kim sosial şəbəkələri bağlamağa hazırlaşmır”.

“Report” xəbər verir ki, bunu prezident Vladimir Putin "canlı yayım" vaxtı rusiyalı bloqqerlərin “İnstagram” və “YouTube”nin bağlanması haqqında yayılan xəbərlərlə bağlı müraciətlərini şərh edərkən deyib.

“Biz heç nəyi bağlamağa hazırlaşmırıq”, - deyən Vladimir Putin "Telegram”la bağlı vəziyyəti dəqiqləşdirib. O bildirib ki, 2017-ci ildə Peterburqda terror aktı baş verən zaman xüsusi xidmət orqanları terrorçuların sosial şəbəkədə yazışmalarını izləməyi çatdıra bilmirmiş: “İlk növbədə təhlükəsizlik məsələləridir. Mən təhlükəsizlik orqanlarında işləmişəm. Qadağan etmək asan, həll yolunu tapmaq mürəkkəbdir”.

O etiraf edib ki, azadlığın məkanını, o cümlədən interneti məhdudlaşdırmadan terrorçuluğa qarşı mübarizənin müasir vasitələrindən istifadə etmək vacibdir.

Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bu il mayın sonunda bildirmişdi ki, terror aktlarının törədilməsinə yardım etdiyi üçün “Telegram”ı bağlamaq lazımdır. Onun sözlərinə görə, terrorçular 2017-ci ilin aprelində Peterburq metrosundakı terrorda bu şəbəkədən istifadə ediblər. Həmin terror aktı nəticəsində 16 nəfər ölmüş, 50-yə yaxın insan xəsarət almışdı. 

Son xəbərlər

Orphus sistemi