Vladimir Putin: "ABŞ-la KXDR arasındakı danışıqlar hərbi münaqişə ehtimalını aradan qaldırıb"

Vladimir Putin: "ABŞ-la KXDR arasındakı danışıqlar hərbi münaqişə ehtimalını aradan qaldırıb" Bakı. 14 iyun. REPORT.AZ/ ABŞ və Şimali Koreya liderlərinin görüşü Koreya yarımadasında hərbi münaqişə ehtimalını aradan qaldırıb.
Region
14 İyun , 2018 17:43
Vladimir Putin: ABŞ-la KXDR arasındakı danışıqlar hərbi münaqişə ehtimalını aradan qaldırıb
Михаил Метцель/ТАСС
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ "ABŞ və Şimali Koreya liderlərinin görüşü Koreya yarımadasında hərbi münaqişə ehtimalını aradan qaldırıb".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin KXDR Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim Yon Nam ilə görüşdə deyib.

O, ABŞ prezidenti Donald Trampla KXDR lideri Kim Çen Inın yeni münasibətlərindən məmnun olduğunu bildirib. V.Putin qeyd edib ki, bu görüş Koreya yarımadasında gərginliyi azaltmağa və vəziyyətin tam ölçüdə həlli üçün zəmin yaratmağa imkan verir.

Eyni zamanda V.Putin KXDR lideri Kim Çen Inı Rusiyaya səfərə dəvət etdiyini təsdiqləyib. Rusiya dövlət başçısının sözlərinə görə, səfər ayrıca bir görüşlə, eyni zamanda sentyabrda Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumu ilə də bağlı ola bilər.

Son xəbərlər

Orphus sistemi