Bakı. 13 sentyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin “Vostok-2018” hərbi təlimləri müşahidə etmək üçün Zabaykaledəki “Tsuqol” poliqonuna səfər edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, son 37 ildə Zabaykale diyarındakı bu poliqonda ən irimiqyaslı hərbi təlimlər keçirilir.
Sentyabrın 13-də təlimlərin əsas hissəsi baş tutacaq. Bu mərhələdə Rusiya və Çin hərbçiləri şərti rəqibin hücumun dəf edəcəklər.
Qeyd edək ki, təlimlər sentyabrın 11-də başlayıb və 17-dək davam edəcək. Hərbi manevrə 297 min hərbçi qatılıb. Mindən artıq döyüş təyyarələri, helikopter və pilotsuz uçan aparatların, 36 minə yaxın tank və başqa zirehli texnikanın, 80-ə yaxın gəminin iştirakı ilə keçirilən təlimdə Çin və Monqolustanın hərbi birləşmələri də iştirak edir.
