Vladimir Jirinovski yenidən Rusiya Liberal Demokrat Partiyasının sədri seçilib

Vladimir Jirinovski yenidən Rusiya Liberal Demokrat Partiyasının sədri seçilib Partiyanın növbəti qurultayı keçirilib
Region
4 Fevral , 2017 15:41
Vladimir Jirinovski yenidən Rusiya Liberal Demokrat Partiyasının sədri seçilib

Bakı. 4 fevral. REPORT.AZ/ Rusiya Liberal Demokrat Partiyasının (RLDP) növbəti qurultayı keçirilib. 

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının deputataı Vladimir Jirinovski yenidən partiyanın sədri seçilib.

Qeyd edək ki,  o, 31 mart 1990-cı ildən bu postu tutur. RLDP-nin Nizamnaməsi bir şəxsə məhdudiyyətsiz sayda sədr seçilməyə imkan verir. Partiya rəhbəri 4 illik müddətə seçilir. Partiya sədri strateji rəhbərliyi həyata keçirir, siyasi təşkilatın əsas nümayəndəsi kimi çıxış edir, bütün əsas qərarları qəbul edir.

Son xəbərlər

Orphus sistemi