Vitse-qubernator Kemerovo sakinləri qarşısında diz çökərək üzr istəyib

Vitse-qubernator Kemerovo sakinləri qarşısında diz çökərək üzr istəyib Bakı. 27 mart. REPORT.AZ/ Kuzbassın vitse-qubernatoru Sergey Tsivilyev Qış albalısı Ticarət-Əyləncə Mərkəzində baş vermiş faciədən sonra Kemerovonun baş meydanında toplaşmış insanlar qarşısında diz çökərək üzr istəyib.
Region
27 Mart , 2018 14:24
Vitse-qubernator Kemerovo sakinləri qarşısında diz çökərək üzr istəyib
RİA

Bakı. 27 mart. REPORT.AZ/ Kuzbassın vitse-qubernatoru Sergey Tsivilyev "Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində baş vermiş faciədən sonra Kemerovonun baş meydanında toplaşmış insanlar qarşısında diz çökərək üzr istəyib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Mitinqin başlamasından yeddi saat sonra administrasiya nümayəndələri tədbiri başa çatdıraraq dağılmağı təklif edib, lakin iştirakçılar bu təklifi rədd edərək, səs-küy salıblar.

Hazırda meydanda bir neçə yüz insan var. 

Son xəbərlər

Orphus sistemi