Venesuela prezidenti Türkiyədə səfərdədir

Venesuela prezidenti Türkiyədə səfərdədir Nikolas Maduro TBMM-in 2016-cı il iyulun 15-də FETÖ-nün dövlət çevrilişi cəhdi zamanı zərər görən hissəsini ziyarət edib, ora gül qoyub
Region
6 Oktyabr , 2017 14:14
Venesuela prezidenti Türkiyədə səfərdədir
Venesuela prezidenti Nikolas Maduro / REUTERS/ Miraflores Palace

Bakı. 6 oktyabr. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro Türkiyədə səfərdədir.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, oktyabrın 6-da Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahramanla görüşüb.

Tərəflər şəkil çəkdirdikdən sonra danışıqlar mətbuat üçün bağlı qapılar arxasında davam edib.

Görüşdə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi, Türkiyə-Venesuela Parlamentlərarası Dostluq Qrupunun sədri, Ədalət və İnkişaf Partiyasından deputat olan Kerem Əli Sürekli və parlamentin baş katibi Mehmet Əli Kumbuzoğlu iştirak edib.

Görüşdən sonra Nikolas Maduro parlament binasının 2016-cı il iyulun 15-də Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi zamanı zərər görən hissəsini ziyarət edib, ora gül qoyub. 

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan venesuelalı həmkarını qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi