Bakı. 28 iyul. REPORT.AZ/ Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsi barədə qərardan apellyasiya şikayəti veriləcək.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu keçmiş dövlət başçısının vəkili bildirib.
"Qərardan şikayət etməyən vəkil var? Əlbəttə, apellyasiya şikayəti verəcəm", deyə o, vurğulayıb.
Qeyd edək ki, iyulun 28-də paytaxt Yerevanın Şenqavit Rayon Məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbiri seçib. Ona qarşı 2008-ci il martın 1-dəki hadisələrə dair cinayət işi çərçivəsində ölkənin konstitusion quruluşunu devirməsi ittihamı irəli sürülüb.
Xatırladaq ki, R.Koçaryan 1999-2008-ci illərdə Ermənistan prezidenti olub.