Moskvadan uçan təyyarələr Yerevana enə bilməyib

Moskvadan uçan təyyarələr Yerevana enə bilməyib Yerevanın “Zvartnos” beynəlxalq hava limanı Rusiyadan uçan təyyarə reyslərini qəbul edə bilməyib.
Region
29 Noyabr , 2019 15:11
Moskvadan uçan təyyarələr Yerevana enə bilməyib

Yerevanın “Zvartnos” beynəlxalq hava limanı Rusiyadan uçan təyyarə reyslərini qəbul edə bilməyib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, güclü duman səbəbindən Moskva-Yerevan reysi ilə uçan iki təyyarə “Zvartnos”a enə bilməyib. Həmin təyyarələrdən biri Həştərxana, digəri isə Soçiyə eniş edib.

Məlumata görə, qatı duman səbəbindən Avstriyanın paytaxtı Vyanadan uçan təyyarə də Yerevana enə bilməyib, Polşanın paytaxtı Varşavadan Ermənistanın paytaxtına uçan təyyarə isə hava limanına enə bilmədiyi üçün həmin şəhərə geri qayıdıb.

Qeyd edək ki, noyabrın 26-da Yerevan-Moskva reysi ilə uçan təyyarə isə Rostov-Dona məcburi eniş edib.  

Son xəbərlər

Orphus sistemi