"Vaqner" rəhbəri Rusiya MN-i tənqid edib: "Moskvaya hücuma görə onlar məsuliyyət daşıyır"

"Vaqner" rəhbəri Rusiya MN-i tənqid edib: "Moskvaya hücuma görə onlar məsuliyyət daşıyır" “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini tənqid edib.
Region
30 May , 2023 13:17
Vaqner rəhbəri Rusiya MN-i tənqid edib: Moskvaya hücuma görə onlar məsuliyyət daşıyır

Rusiyanın “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojın mayın 30-da paytaxt Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücuma görə ölkənin Müdafiə Nazirliyini tənqid edib.

“Report”un xəbərinə görə, o, yaydığı videomüraciətdə bildirib ki, hücumla bağlı Rusiya Müdafiə Nazirliyi məsuliyyət daşıyır.

“Vaqner” rəhbəri Müdafiə Nazirliyinin rəhbərliyini təhqir edib.

Qeyd edək ki, “Vaqner”lə Rusiya Müdafiə Nazirliyi arasında gərginlik uzun müddətdir davam edir. Y.Priqojın daha əvvəl bildirmişdi ki, “Vaqner” iyunun 1-də Donetsk vilayətinin Baxmut şəhərindən tamamilə çıxacaq.

Qeyd edək ki, mayın 30-da Moskvaya PUA ilə hücum olub. Hadisə nəticəsində iki nəfərin yaralandığına, bir neçə binaya ziyan dəydiyinə dair xəbərlər yayılıb.

Son xəbərlər

Orphus sistemi