Valeri Buaye "erməni soyqırımını" inkara görə cinayət məsuliyyətini nəzərdə tutan yeni qanun layihəsini parlamentə təqdim edib

Valeri Buaye "erməni soyqırımını" inkara görə cinayət məsuliyyətini nəzərdə tutan yeni qanun layihəsini parlamentə təqdim edib Deputat hesab edir ki, İŞİD yaraqlıları tərəfindən milli azlıqların məhv edilməsi bu qanunu daha da zəruri edir
Region
170
29 Oktyabr , 2014 15:54
Valeri Buaye erməni soyqırımını inkara görə cinayət məsuliyyətini nəzərdə tutan yeni qanun layihəsini parlamentə təqdim edib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Fransız deputat Valeri Buaye "erməni soyqırımı"nı inkara görə cinayət məsuliyyətini nəzərdə tutan yeni qanun layihəsini parlamentin bütün strukturlarına təqdim  edib. "Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, layihə artıq parlamentin 40 üzvü tərəfindəm imzalanıb. 

V.Buaye xatırladıb ki, aprel ayının 24-də Fransa prezidenti Fransua Olland "erməni soyqırımı"nı inkara görə cinayət məsuliyyətini nəzərdə tutan yeni qanunu imzalamağı vəd edib. Deputat qeyd edib ki, İŞİD yaraqlıları tərəfindən milli azlıqların məhv edilməsi bu qanunu daha da zəruri edir.

V.Buaye tərəfindən daha əvvəl hazırlanmış bənzər qanun layihəsi Fransa parlamentinin hər iki palatası tərəfindən qəbul olunub, lakin ölkənin Konstitusiya Şurası həmin qanun layihəsinin Konstitusiyaya zidd olduğunu hesab edib. 

Son xəbərlər

Orphus sistemi