Valentina Matviyenko yenidən MDB PA-nın sədri seçilib

Valentina Matviyenko yenidən MDB PA-nın sədri seçilib Tavrida Sarayında MDB Parlamentlərarası Assambleyası Şurasının iclası keçirilir.
Region
630
27 Noyabr , 2020 12:55
Valentina Matviyenko yenidən MDB PA-nın sədri seçilib
Valentina Matviyenko

Rusiyanın Sankt-Peterburq şəhərindəki Tavrida Sarayında Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyası (PA) Şurasının iclası keçirilir. Tədbirdə Birlik ölkələrinin parlament nümayəndə heyətlərinin rəhbərləri, eləcə də MDB orqanlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

“Report” MDB PA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko yenidən MDB PA-nın sədri seçilib.

İclasın əsas mövzularından biri MDB-yə üzv dövlətlərdə COVID-19 pandemiyası ilə əlaqədar görülən tədbirlərin qanunvericiliklə dəstəklənməsidir.

Son xəbərlər

Orphus sistemi