Rusiya və İtaliya Rusiya Prezidenti Vladimir Putinin Romaya rəsmi səfərinin tarixi və proqramını müəyyənləşdirirlər.
"Report" xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiyanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Sergey Razov deyib.
Onun sözlərinə səfərlə bağlı tərəflər arasında müvafiq razılıq əldə olunandan sonra daha geniş məlumat veriləcək. Səfir bildirib ki, V.Putinin səfəri iki ölkə arasında mövcud olan dostluq münasibətlərin möhkəmləndirilməsinə xidmət edir.