ÜST İrana 1,5 milyon doza vaksin çatdırıb

ÜST İrana 1,5 milyon doza vaksin çatdırıb Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVAX proqramı çərçivəsində İrana 1,5 milyon doza vaksin verib.
Region
2 Sentyabr , 2021 12:02
ÜST İrana 1,5 milyon doza vaksin çatdırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVAX proqramı çərçivəsində İrana 1,5 milyon doza vaksin verib.

“Report” xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniya və İsveçin birgə istehsal etdiyi “AstraZeneca” vaksinlərindən 1 milyon 495 min doza İranın Səhiyyə Nazirliyinə təhvil verilib.

Vaksin partiyası Qətər Hava Yolları vasitəsilə İrana çatdırılıb.

Son xəbərlər

Orphus sistemi