UNİCEF: Gürcüstanda 12 min uşaq məktəbdən yayınıb

UNİCEF: Gürcüstanda 12 min uşaq məktəbdən yayınıb Gürcüstanda 12 min uşaq məktəbə getmir.
Region
26 Noyabr , 2019 18:27
UNİCEF: Gürcüstanda 12 min uşaq məktəbdən yayınıb

Gürcüstanda 12 min uşaq məktəbə getmir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNİCEF) məlumatında bildirilib.

Gürcüstanda məktəbdən yayınan uşaqlarla bağlı ikiillik layihəyə start verilib. Layihənin əsas məqsədi həmin uşaqların təhsil ocaqlarına cəlb olunması və onların təhsil səviyyəsinin yaxşılaşdırılmasıdır.

UNİCEF-lə yanaşı, Bolqarıstan layihənin tərəfdaşı kimi çıxış edir.

Layihənin ilk mərhələsi 15 məktəb və altı günlük mərkəzlərdə reallaşdırılacaq. Pilot layihənin uğurla başa çatdırılacağı təqdirdə, Gürcüstanın bütün məktəblərində “İkinci şans” adlı maarifləndirici proqramlar həyata keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi