UNESCO Ukrayna və Rusiya arasında borş mübahisəsinə son qoyub

UNESCO Ukrayna və Rusiya arasında borş mübahisəsinə son qoyub Ukraynanın məşhur borş xörəyi YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Region
1 İyul , 2022 16:34
UNESCO Ukrayna və Rusiya arasında borş mübahisəsinə son qoyub

Ukraynanın məşhur borş xörəyi YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

“Report” “RBK-Ukrania”ya istinadən xəbər verir ki, bunu Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko bildirib.

O deyib ki, iyulun 1-də Ukraynanın Mədəniyyət və İnfomasiya Nazirliyinin müraciəti əsasında Hökumətlərarası qeyri-maddi mədəni irsi üzrə komitəsinin 5-ci növbədənkənar iclasında təcili mühafizəyə ehtiyacı olan “Ukrayna borşununun hazırlanması mədəniyyəti” YUNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib:

“Borş uğrunda biz qələbə qazandıq. Borş uğrunda mübarizə müharibədən (Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin nəzərdə tutur-red. ) əvvəl başlamışdı”.

Nazir Ukrayna borşu və reseptini sivil ölkələrlə məmnuniyyətlə bölüşəcəyini vəd edib.

Məlumata görə, Ukraynada borşun şərəfinə yeni bayram təsis edilə bilər.

Xatırladaq ki, Rusiya borşun onlara məxsus olduğuna dair Ukrayna ilə mübahisə edirdi.

Son xəbərlər

Orphus sistemi