Ukraynda koronavirusa yoluxanların sayı 75 minə yaxınlaşır

Ukraynda koronavirusa yoluxanların sayı 75 minə yaxınlaşır Ukraynada son sutkada 1 061 nəfərə COVID-19 diaqnozu qoyulub
Region
179
4 Avqust , 2020 10:53
Ukraynda koronavirusa yoluxanların sayı 75 minə yaxınlaşır

Ukraynada son sutkada 1 061 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası açıqlayıb.

Məlumata görə, eyni dövr ərzində 737 nəfər koronavirusdan sağalıb, 26 nəfər xəstəliyin qurbanı olub. Bununla da sağalanların ümumi sayı 40 613-ə, ölənlərin sayı isə 1 764-ə çatıb.

Bildirilib ki, Ukraynada qeydə alınmış yoluxma hallarının sayı 74 219-a yüksəlib.

Son xəbərlər

Orphus sistemi