Ukraynaya görə iranlıların Rusiyaya münasibəti kəskin şəkildə dəyişib

Ukraynaya görə iranlıların Rusiyaya münasibəti kəskin şəkildə dəyişib Ukraynanın işğalı iranlıların Rusiyaya münasibətini kəskin şəkildə dəyişib
Region
2 sentyabr 2022 05:51
Ukraynaya görə iranlıların Rusiyaya münasibəti kəskin şəkildə dəyişib

Ukraynanın işğalı iranlıların Rusiyaya münasibətini kəskin şəkildə dəyişib.

“Report” xəbər verir ki, “IranPoll”un ABŞ-ın Merilend Universiteti (CISSM) ilə 2022-ci ilin iyun-iyul aylarında birgə apardığı sorğusuna əsasən, müharibə başlayandan bəri Rusiyameyillilərin reytinqi 40 %-ə düşüb, narazıların sayı isə artıb.

Rəsmi açıqlamalarda Moskva-Tehran münasibətlərinin “yaxşı tempdə” irəlilədiyi və ticarət artımının rekordlar qırdığı barədə iddialara baxmayaraq, iranlılar artıq Rusiyaya rəğbətlə baxmırlar. Əksinə, indi onların əksəriyyəti (57 %) Rusiyaya mənfi münasibət bəsləyir.

Maraqlıdır ki, reytinq yalnız Ukraynanın işğalından sonra 50 %-dən aşağı düşüb - müharibədən əvvəl iranlıların rəğbəti, demək olar, 6 il ərzində sabit şəkildə 55%-dən yuxarı olub.

Ukraynadakı müharibəyə gəlincə, iranlılar işğalın Rusiyanın özünümüdafiə forması olması tezisini rədd edirlər. Bununla belə, onlar Ukraynanın “Rusiyaya qarşı hərbi ittifaq”a (NATO) qoşulmaq niyyətinə görə “məcburi hücum” arqumenti ilə razılaşırlar.

Eyni zamanda hər on iranlıdan, təqribən, biri Ukraynanı müharibənin başlamasında günahlandırır, on nəfərdən üçü Rusiyanın məsuliyyətindən danışır, eyni sayda insan ABŞ, Qərb ölkələri və ya Avropanı günahlandırır.

Son xəbərlər

Orphus sistemi