Ukraynanın Tokmak şəhərinin meri naməlum şəraitdə ölüb

Ukraynanın Tokmak şəhərinin meri naməlum şəraitdə ölüb Hazırda Rusiya Silahlı Qüvvələrinin işğalı altında olan Ukraynanın Tokmak şəhərinin meri İqor Kotelevski naməlum şəraitdə ölüb.
Region
7 May , 2022 17:26
Ukraynanın Tokmak şəhərinin meri naməlum şəraitdə ölüb

Hazırda Rusiya Silahlı Qüvvələrinin işğalı altında olan Ukraynanın Tokmak şəhərinin meri İqor Kotelevski naməlum şəraitdə ölüb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Poloqovskaya Regional Dövlət Administrasiyasının rəhbəri Artur Krupski məlumat yayıb.

Son bir aydır İqor Kotelevskidən heç bir məlumat almaq mümkün olmayıb, yalnız mayın 7-də onun öldüyü məlum olub. Şəhər başçısının hansı şəraitdə vəfat etdiyi hələlik məlum deyil.

Xatırladaq ki, Rusiya hərbçiləri fevralın sonunda Tokmaka daxil olub. Onlar Ukrayna Silahlı Qüvvələri ilə şiddətli döyüşlərdən sonra şəhəri işğal edərək öz qaydalarını yaratmağa başlayıblar.

Son xəbərlər

Orphus sistemi