Ukraynanın sabiq səhiyyə naziri Kiyevdə saxlanılıb

Ukraynanın sabiq səhiyyə naziri Kiyevdə saxlanılıb Viktor Yanukoviçin prezidentliyi dövründə Ukraynanın Səhiyyə Nazirliyinə rəhbərlik etmiş Raisa Boqatıryeva Kiyevin Julyanı hava limanında saxlanılıb.
Region
27 Avqust , 2019 22:43
Ukraynanın sabiq səhiyyə naziri Kiyevdə saxlanılıb

Viktor Yanukoviçin prezidentliyi dövründə Ukraynanın Səhiyyə Nazirliyinə rəhbərlik etmiş Raisa Boqatıryeva Kiyevin Julyanı hava limanında saxlanılıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilir ki, Boqatıryeva Minskdən gəlirmiş.

Sabiq nazir xüsusi iri həcmdə büdcə vəsaitləri ilə bağlı dələduzluqda şübhəli bilinir. Onun 5 ilə yaxındır ki, Ukraynada olmadığı bildirilir.

Son xəbərlər

Orphus sistemi