Ukraynanın Quru Qoşunları rekord sayda PUA qəbul edib

Ukraynanın Quru Qoşunları rekord sayda PUA qəbul edib Ukraynanın Quru Qoşunları rekord sayda pilotsuz uçuş aparatı (PUA) qəbul edib.
Region
30 Yanvar , 2023 15:02
Ukraynanın Quru Qoşunları rekord sayda PUA qəbul edib

Ukraynanın Quru Qoşunları rekord sayda pilotsuz uçuş aparatı (PUA) qəbul edib.

“Report” xəbər verir ki, məlumatı “Ukraina seyças” yayıb.

Bildirilib ki, “Metinvest” Ukrayna Silahlı Qüvvələrinə ən populyar “DJI Mavic 3” dron təhvil verib. Məlumata görə, bunlar optika və naviqasiya baxımından müdafiə və əks-hücumlarda, atəşi tənzimləmək üçün istifadə olur.

PUA-lar ukraynalı milyader Rinat Axmetovun "Polad cəbhə" hərbi təşəbbüsü çərçivəsində təqdim edilib. Quru Qoşunlarının kapitanı Andrey Redozubovun sözlərinə görə, bu PUA-lar Baxmut, Avdeyevka və Uqledarı müdafiə edən bölmələrə göndəriləcək.

İnformasiyaya əsasən, “Polad cəbhəsi” artıq 1 300-dən çox PUA-nı hərbçilərə təhvil verib.

Son xəbərlər

Orphus sistemi