Ukraynanın Qostomel şəhərinin başçısı həlak olub

Ukraynanın Qostomel şəhərinin başçısı həlak olub Rusiya hərbçilərinin Kiyevin ətrafını atəşə tutması nəticəsində Ukraynanın Qostomel şəhərinin başçısı Yuri Prilipko ölüb.
Region
758
7 Mart , 2022 11:16
Ukraynanın Qostomel şəhərinin başçısı həlak olub

Rusiya hərbçilərinin Kiyevin ətrafını atəşə tutması nəticəsində Ukraynanın Qostomel şəhərinin başçısı Yuri Prilipko ölüb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Qostomel Şəhər Şurası məlumat yayıb.

Bildirilib ki, Yuri İliç Prilipko aclara çörək, xəstələrə dərman paylayar, çarəsizlərə və ümidsizlərə yardım edirmiş.

Məlumata görə, Yuri Prilipko ilə yanaşı, insanlara kömək edən daha iki nəfər də güllələnib.

Qeyd edək ki, Qostomel Kiyev vilayətinin Buçanks rayonunun şəhərtipli qəsəbəsidir. 2022-ci il martın 6-da Ukrayna Prezidenti Volodimir Zelenskinin sərəncamına əsasən “Qəhrəman şəhər” fəxri adına layiq görülüb.

İngilis versiyası Hostomel Mayor killed

Son xəbərlər

Orphus sistemi