Sentyabrın 6-da səhər saatlarında Ukraynanın daha bir şəhərində partlayış baş verib.
“Report” “RBK Ukraina”ya istinadən bildirir ki, hadisə Xarkov şəhərində qeydə alınıb.
Ərazidə hava xəbərdarlığı siqnalları işə düşüb.
Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinegubov partlayışın olduğunu təsdiqləyib.
Xatırladaq ki, bir gün əvvəl Rusiya ordusu Xarkova S-300 zenit-raket kompleksi ilə zərbələr endirib. Nəticədə 6 nəfər xəsarət alıb.
Ukraynada döyüşlərin davam etdiyi Krivoy Roq şəhərində partlayış olub.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Kirovoy Roq şəhərinin hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul bildirib.
Onun sözlərinə görə, həmin vaxt hava hücumundan müdafiə sistemləri fəaliyyətdə olub.
Məlumata görə, səhər saatlarında həmçinin Nikolayev və Zaporejye vilayətlərində də partlayış olub. Hadisənin təfərrüatları və itkilər barədə hələ ki, məlumat yoxdur.
A.Vilkul əhalinin sığınacaqlarda qaldığını söyləyib.