Müdafiə naziri: "Xarkovdakı cinayətləri araşdırmaq üçün beynəlxalq komissiya yaradılmalıdır"

Müdafiə naziri: "Xarkovdakı cinayətləri araşdırmaq üçün beynəlxalq komissiya yaradılmalıdır" "Rusiya işğalının 6-cı günü təcavüzkarlar aqoniyalarının başladığını gizlədə bilmirlər. Rusiyanın dinc şəhərləri vəhşicəsinə raket atəşinə tutması onların Ukrayna hərbçiləri ilə döyüşməyi bacarmadıqlarının sübutdur. Bu, hərbi cinayətdir və bu cinayəti tör
Region
1 Mart , 2022 10:47
Müdafiə naziri: Xarkovdakı cinayətləri araşdırmaq üçün beynəlxalq komissiya yaradılmalıdır
Oleksiy Reznikov

"Rusiya işğalının 6-cı günü təcavüzkarlar aqoniyalarının başladığını gizlədə bilmirlər. Rusiyanın dinc şəhərləri vəhşicəsinə raket atəşinə tutması onların Ukrayna hərbçiləri ilə döyüşməyi bacarmadıqlarının sübutudur. Bu, hərbi cinayətdir və bu cinayəti törədənlər isə məsuliyyətə cəlb olunmalıdır".

“Report” xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib.

Müdafiə naziri Xarkovda rusların törətdiyi cinayətləri araşdırmaq üçün xüsusi beynəlxalq komissiyanın yaradılmasını təklif edib və o düşünür ki, bunun yaradılması ədalətli olar: "1943-cü ildə məhz Xarkov faşistlərin hərbi cinayətlərinə görə ilk dəfə mühakimə olunub. İndi isə “Xarkov tribunalı” Rusiyanın rəhbərliyi üçün qurulmalıdır".

O, həmçinin Rusiya iqtisadiyyatının iqtisadi sahədə böyük itkilərə məruz qaldığını bildirib və deyib ki, Rusiya valyutası adi kağız parçasına çevrilir. Onun sözlərinə görə, Rusiyanın xam neftinin ixracına da artıq ilk qadağa tətbiq edilib.

"Ukraynaya isə Avropadan silah və başqa vacib mallar tədarük olunur. Hətta ukraynalı məktəblilər belə Rusiyaya qarşı kiber-hücuma keçiblər. Rusiyanın yüz minlərlə vətəndaşı hakimiyyətin onları aldatdığını öyrənib. Onlar artıq bilir ki, Rusiya Ukraynada heç bir “xüsusi əməliyyat” keçirmir. Ukraynada minlərlə rusiyalının öldüyü müharibə gedir. Rusiyanın daxilində müqavimət hər saat artır”, - O.Reznikov bildirib.

Son xəbərlər

Orphus sistemi