Ukraynanın işğal altındakı şəhərindən taxılla dolu ilk gəmi yola düşüb

Ukraynanın işğal altındakı şəhərindən taxılla dolu ilk gəmi yola düşüb Rusiyanın işğal etdiyi Ukraynanın Zaporojye vilayətinin Berdyansk şəhərindən ilk ticarət gəmisi yola düşüb
Region
30 İyun , 2022 10:59
Ukraynanın işğal altındakı şəhərindən taxılla dolu ilk gəmi yola düşüb

Ukraynanın Rusiya qüvvələrinin işğalı altındakı Zaporojye vilayətinin Berdyansk şəhərindən taxılla yüklü ilk ticarət gəmisi yola düşüb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın təyin etdiyi vilayət administrasiyasının rəhbəri Yevgeni Balitski bildirib.

Onun sözlərinə görə, gəmi 7 min ton taxıl daşıyır. Y.Balitski gəminin istiqaməti barədə məlumat verməsə də, onun “dost ölkələrə” yollandığını vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynanın şərq və cənub bölgələrini, o cümlədən bir sıra limanlarını işğal edəndən sonra yerli taxıl məhsulları rusiyalıların əlinə keçib. Nəticədə bəzi ölkələrdə taxıl qıtlığı yaranıb. Rəsmi Kiyev başda olmaqla bir sıra Qərb rəsmiləri bu məhsulların Rusiya tərəfindən oğurlanaraq qanunsuz yolla bəzi ölkələrə satıldığını açıqlayıblar. Hazırda Türkiyə və BMT Ukrayna taxılının qanuni yolla ixracı üçün danışıqlar aparır.

Son xəbərlər

Orphus sistemi