Ukraynanın iki vilayətinə endirilən atəş nəticəsində 20 dinc sakin həlak olub

Ukraynanın iki vilayətinə endirilən atəş nəticəsində 20 dinc sakin həlak olub Ukraynanın Donetsk və Luqansk vilayətlərinə hücumlar nəticəsində bir gündə 20 dinc sakin həlak olub.
Region
17 May , 2022 03:07
Ukraynanın iki vilayətinə endirilən atəş nəticəsində 20 dinc sakin həlak olub

Ukraynanın Donetsk və Luqansk vilayətlərinə hücumlar nəticəsində bir gündə 20 dinc sakin həlak olub.

“Report” UNUAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Birləşmiş Qüvvələrin Qruplaşmasının xülasəsində deyilir.

Qeyd edilir ki, qurbanlar arasında bir uşaq da var.

Bildirilir ki, Rusiya ordusu bütün müdafiə zonası boyunca döyüş təyyarələrindən, reaktiv yaylım atəş sistemlərindən, iriçaplı top artilleriyasından, tanklardan, müxtəlif sistemlərin minaatanlarından istifadə edir, mülki infrastruktur obyektlərinə, dinc yaşayış məntəqələrinə raket-bombalı zərbələr endirir.

"İşğalçılar Donetsk və Luqansk vilayətlərində 25 yaşayış məntəqəsini atəşə tutub, 42 yaşayış binasını, bir məktəbi, ali təhsil müəssisəsini, mehmanxananı və 6 istehsal müəssisəsini və fabriki dağıdıb və zədələyiblər. Bu atəşlər nəticəsində 20 mülki şəxs həlak olub. Aralarında bir uşaq da var" , xülasədə deyilir.

Son xəbərlər

Orphus sistemi