Ukraynanın Belqoroda zərbələri nəticəsində rusiyalı zabit ölüb

Ukraynanın Belqoroda zərbələri nəticəsində rusiyalı zabit ölüb Belqorodda Rusiya İstintaq Komitəsinin zabiti öldürülüb.
Region
1 yanvar 2024 08:14
Ukraynanın Belqoroda zərbələri nəticəsində rusiyalı zabit ölüb

Belqorodda Rusiya İstintaq Komitəsinin zabiti öldürülüb.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, dekabrın 30-da Rusiya hərbi obyektlərinə endirilmiş zərbə nəticəsində 27 yaşlı rusiyalı baş leytenant Mixail Konopitsın məhv edilib.

Qeyd edək ki, dekabrın 30-da Ukrayna Rusiyanın Belqorod vilayətindəki hərbi obyektlərə zərbələr endirib.

Son xəbərlər

Orphus sistemi