Ukraynanın Almaniyadakı səfiri: “Kaxovka SES-in partladılması nəticəsində dəymiş ziyan 14 milyard dollardır”

Ukraynanın Almaniyadakı səfiri: “Kaxovka SES-in partladılması nəticəsində dəymiş ziyan 14 milyard dollardır” “Kaxovka su elektrik stansiyasının partladılması nəticəsində dəymiş ziyan təxminən 14 milyard dollar təşkil edəcək”.
Region
10 İyun , 2023 13:57
Ukraynanın Almaniyadakı səfiri: “Kaxovka SES-in partladılması nəticəsində dəymiş ziyan 14 milyard dollardır”

“Kaxovka su elektrik stansiyasının partladılması nəticəsində dəymiş ziyan təxminən 14 milyard dollar təşkil edəcək”.

“Report” xəbər verir ki, bunu şənbə günü “Funke” media qrupuna müsahibəsində Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev deyib.

Onun sözlərinə görə, bioloji resursların itirilməsi nəticəsində balıq sənayesinə dəyən ziyan ciddi olacaq.

“Təkcə bu il Ukraynanın sürətlə bərpası üçün xərclər 14,1 milyard dollar təşkil edib”, - deyən səfir qeyd edib ki, bu məbləğin 3,3 milyard dolları artıq ölkə büdcəsinə ayrılıb.

O vurğulayıb ki, 20 min hektardan çox əkin sahəsi uzun illərdir istismara yararlı olmayacaq.

“Taxıl anbarları su altındadır. Qara dəniz limanlarında bütün dünyanı taxılla təmin edən az sayda gəmi yüklənə bilər”, - A.Makeyev yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi