Ukraynanın 4 hərbçisi Donbasda yaralandı

Ukraynanın 4 hərbçisi Donbasda yaralandı Mayın 10-da Ukraynanın Donbas bölgəsinin Luqansk vilayətində separatçıların atəşkəs rejimini pozması nəticəsində 4 Ukrayna hərbçisi yaralanıb.
Region
11 May , 2020 12:23
Ukraynanın 4 hərbçisi Donbasda yaralandı

Mayın 10-da Ukraynanın Donbas bölgəsinin Luqansk vilayətində separatçıların atəşkəs rejimini pozması nəticəsində 4 Ukrayna hərbçisi yaralanıb.

“Report” xəbər verir ki, bunu Birləşmiş Qüvvələr Əməliyyatının Qərargahı açıqlayıb.

Məlumata görə, yaraqlılar Ukrayna hərbçilərini tank əleyhinə raket kompleksi vasitəsilə atəşə tutublar.

Qərargahın bilgisində xəsarət alan hərbçilərin vəziyyətinin qənaətbəxş olduğu vurğulanıb. 

Xatırladaq ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edir. Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krımı Ukraynanın ərazisi olaraq tanıyır. 

Son xəbərlər

Orphus sistemi