Ukraynalı nazir: “Türk şirkətlərini ölkəmizdə görmək istəyirik”

Ukraynalı nazir: “Türk şirkətlərini ölkəmizdə görmək istəyirik” “Ölkəmizə daha çox Türkiyə şirkətini cəlb etmək istəyirik”
Region
22 Fevral , 2021 14:19
Ukraynalı nazir: “Türk şirkətlərini ölkəmizdə görmək istəyirik”
Vladislav Krikli

“Ölkəmizə daha çox Türkiyə şirkətini cəlb etmək istəyirik”.

“Report” xəbər verir ki, bunu “Anadolu” agentliyinə müsahibəsində Ukraynanın infrastruktur naziri Vladislav Krikli söyləyib.

Onun sözlərinə görə, ölkəsində infrastruktur sahəsində, xüsusilə yol çəkilişində çox sayda türk şirkətləri iştirak edir: “Türk firmalarını yalnız dövlət layihələrində deyil, həmçinin, məsələn, cari il başlayacaq dövlət-özəl tərəfdaşlıq layihələrində görmək istəyirik”.

V.Krikli xatırladıb ki, ötən il “Böyük tikinti” layihəsi çərçivəsində 4 000 km yol çəkilib.

Ukraynalı nazir vurğulayıb ki, yolların çəkilişi təkcə şəhərlər arasında əlaqə baxımından deyil, həm də regional iqtisadiyyatın inkişafı baxımından vacibdir.

V.Krikli Ukrayna Prezidenti Vladimir Zelenskinin infrastruktur layihələrinə böyük önəm verdiyini də bildirib.

Nazir Türkiyə şirkətlərinin dəniz və hava limanlarının tikintisi üçün lisenziya müqavilələri üçün müraciət etdiklərini söyləyib: “Yaxın gələcəkdə iki maraqlı layihəni gerçəkləşdirməyi planlaşdırırıq. Birincisi dəmir yolu stansiyasının tikintisi üçün lisenziyalaşdırma müqaviləsi layihəsi, ikincisi dövlət və özəl sektorun Dünya Bankı ilə birgə həyata keçirəcəyi yol layihəsidir”.

Ukraynalı nazirin sözlərinə görə, türk şirkətlərinin infrastruktur sahəsindəki fəaliyyətləri iki ölkə iqtisadiyyatının inkişafına önəmli töhfə verir.

V.Krikli Ukrayna şirkətlərini Türkiyədəki infrastruktur layihələrində fəal iştirak etməyə çağırıb.

Nazir qeyd edib ki, Rusiya ilə münasibətlərin kəsilməsi səbəbindən 2014-cü ildən bəri Ukrayna başqa ticarət marşrutları axtarışındadır.

Son xəbərlər

Orphus sistemi