​Ukraynalı deputat baş nazirə hücumu ilə bağlı açıqlama verib - VİDEO

​Ukraynalı deputat baş nazirə hücumu ilə bağlı açıqlama verib - VİDEO Baş nazir Arseniy Yatsenyuk hökumətin proqramını açıqlayan zaman deputat Oleq Barna əlində gül ona basqın edib
Region
11 Dekabr , 2015 16:13
​Ukraynalı deputat baş nazirə hücumu ilə bağlı açıqlama verib - VİDEO

Bakı. 11 dekabr. REPORT.AZ/ "Mənim davranışım Avropasayağı deyil, daha pis üsul idi. Çünki Yatsenyuk getməzsə, onu adamların qovacaqlarından qorxuram".

"Report" UNİAN agentliyinə istinadən xəbər verir ki, Ukrayna parlamentinin "Pyotr Poroşenko Bloku"nun "Solidarnost" deputat fraksiyasının üzvü Oleq Barna ölkənin baş naziri Arseniy Yatsenyuka ali qanunverici orqanda hücumunun səbəbini izah edərkən deyib.

"Yarım ildə siyasi reytinqi sıfıra düşən baş nazir avtomatik olaraq istefaya getməlidir. Razılaşmaları yerinə yetirməyən baş nazir istefa verməlidir", - O.Barna vurğulayıb.

O, hökumətin istefasını deputatların imzalamasından da narazı qaldığını vurğulayıb: "Yatsenyuku tənqid edənlər hökumətin istefası sənədini imzalayıb-imzalamayacaqlarını iki həftədir fikirləşirlər".

Qeyd edək ki, əlində gül dəstəsi tutan Oleq Barna bu gün parlamentdə hökumətin proqramını açıqlayan zaman Ukrayna baş naziri Arseniy Yatsenyuka hücum edib.

Qeyd edək ki, Oleq Barna baş nazirə hücum etdiyi üçün "Pyotr Poroşenko Bloku" fraksiyasının üzvlyündən xaric olunub. 

Son xəbərlər

Orphus sistemi