Ukraynalı deputat: "Aİ-yə tamhüquqlu üzvlük yolu asan və sürətli olmayacaq"

Ukraynalı deputat: "Aİ-yə tamhüquqlu üzvlük yolu asan və sürətli olmayacaq" “Avropa İttifaqı (Aİ) tarixində ilk dəfə ərazisində genişmiqyaslı hərbi əməliyyatların aparıldığı, ərazilərinin Rusiyanın müvəqqəti işğalı altında olduğu ölkəyə, yəni Ukraynaya namizəd statusu verib. Şübhəsiz, bu həm Ukraynanın tarixində, həm də hər bir u
Region
24 İyun , 2022 18:08
Ukraynalı deputat: Aİ-yə tamhüquqlu üzvlük yolu asan və sürətli olmayacaq

“Avropa İttifaqı (Aİ) tarixində ilk dəfə ərazisində genişmiqyaslı hərbi əməliyyatların aparıldığı, ərazilərinin Rusiyanın müvəqqəti işğalı altında olduğu ölkəyə, yəni Ukraynaya namizəd statusu verib. Şübhəsiz, bu həm Ukraynanın tarixində, həm də hər bir ukraynalının həyatında mühüm əhəmiyyət kəsb edən dönüş nöqtəsidir. Bu, bizim üçün yeni imkanlar pəncərəsi açır”.

Bu fikirləri “Report”un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının xalq deputatı Yuliya Yatsık deyib.

“Mən indi ehtiyac duyduğumuz maliyyə resurslarına çıxışdan və ya Ukraynaya göstəriləcək beynəlxalq maliyyə yardımından bəhs etmirəm. Söhbət beynəlxalq arenada Ukraynaya keyfiyyətcə fərqli səviyyədə göstərilən yardımdan gedir. Xüsusilə Rusiyanın təcavüzünə qarşı mübarizədə göstərilən yardımı qeyd etmək olar. Digər tərəfdən, biz başa düşürük ki, Aİ-nin tamhüquqlu üzvlük yolu asan və sürətli olmayacaq. Aİ bununla bağlı bizə bir sıra tələblər irəli sürüb. Buraya Ukrayna Baş Prokurorluğunun Xüsusi Antikorrupsiya Prokurorluğuna yeni rəhbərin təyin edilməsi, məhkəmə islahatları, antikorrupsiya islahatları, həmçinin səhiyyə, mədəniyyət, təhsil sahələrində islahatlar, o cümlədən qanunvericiliyimizin Avropa standartlarına uyğun təkmilləşdirilməsi daxildir. Buna görə də üzərində çalışmalı olduğumuz işlər var”, - xalq deputatı qeyd edib.

Onun sözlərinə görə, hətta Finlandiya və İsveç kimi ölkələrə Aİ-yə namizəd statusunu tamhüquqlü üzv statusuna dəyişməsi üçün düz 3 il lazım olub:

“Qeyd etdiyim ki, üzərində çalışmalı olduğumuz işlər var. Bu məqsədlə beynəlxalq ictimaiyyətin dəstəyini qazanırıq. Ukrayna nümayəndə heyətləri Aİ-nin, bu təşkilata üzv olan ölkələrin təcrübəsini mənimsəyir. Profilli istiqamətlər üzrə islahatlarda “Europol”, EUROJUST kimi öz təcrübəsini bizimlə bölüşən qurumlarla əməkdaşlıq edirik. Buna görə də Ukrayna Nazirlər Kabineti Aİ-yə üzvlüyünün təxmini tarixini 2029-cu il kimi müəyyənləşdirib. Bu mənada mən nikbinəm. Odur ki, düşünürəm ki, Ukrayna Aİ-yə tamhüquqlu üzv statusunu daha tez əldə edəcək”.

Son xəbərlər

Orphus sistemi