Ukrayna taxılını daşıyan gəmidə yoxlama başa çatıb

Ukrayna taxılını daşıyan gəmidə yoxlama başa çatıb Ukraynadan yola düşən gəmidə yoxlama aparacaq heyət İstanbuldadır.
Region
3 Avqust , 2022 13:39
Ukrayna taxılını daşıyan gəmidə yoxlama başa çatıb

Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin Ukraynadan qarğıdalı gətirən gəmini yoxlaması başa çatıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 27 min ton qarğıdalı daşıyan gəmi Liviyaya gedəcək. Gəminin yaxın zamanda İstanbul boğazından yola düşəcəyi gözlənilir.

11:16

Ukraynadan yola düşən gəmidə yoxlama aparacaq heyət İstanbuldadır.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, heyətin tərkibində Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri var.

Onlar qarğıdalı daşıyan gəmidə yoxlama aparacaqlar.

Son xəbərlər

Orphus sistemi