Ukraynadan taxıl daşıyan ilk gəmi Türkiyəyə yola düşüb

Ukraynadan taxıl daşıyan ilk gəmi Türkiyəyə yola düşüb Ukraynadan taxıl daşıyan ilk gəmi Odessadan Türkiyəyə yola düşüb.
Region
6 Avqust , 2022 08:34
Ukraynadan taxıl daşıyan ilk gəmi Türkiyəyə yola düşüb

Ukraynadan taxıl daşıyan ilk gəmi Odessadan Türkiyəyə yola düşüb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Birgə Koordinasiya Mərkəzinin nümayəndələrinin yoxlamasından sonra Barbados bayrağı altında “Fulmar S” quru yük gəmisi Ukraynanın Çernomorsk limanına doğru hərəkət edib.

Türkiyə, Rusiya Federasiyası, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə Kilyos ərazisi sahillərində yoxlama təxminən 1,5 saat davam edib.

Qeyd edək ki, iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antoniu Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.

Son bir neçə gündə qarğıdalı yükü olan dörd gəmi Odessa limanlarından “taxıl dəhlizi” ilə hərəkət edib.

Son xəbərlər

Orphus sistemi