Ukraynada daha 836 nəfərdə COVID-19 aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası yayıb.
Məlumata görə, eyni dövr ərzində 15 nəfər pandemiyanın qurbanı olub, 977 nəfər isə sağalıb.
Beləliklə, Şərqi Avropa ölkəsində indiyədək 55 607 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Onlardan 28 131 nəfər sağalıb, 1 427 nəfər isə dünyasını dəyişib.
Bildirilib ki, hazırda Ukraynada 26 049 aktiv koronavirus xəstəsi var.