Ukraynada koronavirusa yoluxanların sayı bir milyonu ötdü

Ukraynada koronavirusa yoluxanların sayı bir milyonu ötdü Ukraynada son sutkada 11 490 nəfər COVID-19-a yoluxub
Region
24 dekabr 2020 08:16
Ukraynada koronavirusa yoluxanların sayı bir milyonu ötdü
0 : 00
0 : 00

Ukraynada son sutkada 11 490 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, bunu Ukraynanın Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, yoluxanların 488-i uşaq, 445-i isə tibb işçisidir.

Məlumata görə, son sutkada 223 nəfər COVID-19-dan ölüb. Bununla da qeydə alınmış yoluxma hallarının ümumi sayı 1 001 132 nəfərə, pandemiya qurbanlarının sayı isə 17 395-ə yüksəlib. 631 435 pasiyentin sağaldığı vurğulanıb.

Son xəbərlər

Orphus sistemi